Səudiyyə Ərəbistanının İordaniyadakı diplomatik missiyasının rəhbəri Naif əl-Sudeyri, eyni zamanda Fələstinə səfir təyin edilib.

"Unikal" Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin "X"dakı hesabına istinadən xəbər verir ki, Naif əl-Sudeyri etimadnaməsini Fələstin Prezidentinin diplomatik müşaviri Məcdi əl-Xalidiyə təqdim edib. Etimadnamələrin təqdimetmə mərasimi Fələstinin Əmmandakı səfirliyinin binasında baş tutub.

Qeyd edək ki, Əl-Sudeyri Səudiyyə Ərəbistanını Fələstində təmsil edən ilk diplomatdır.