Havay adalarından birində Maui adasında baş verən yanğınlar nəticəsində ölənlərin sayı 93 nəfərə çatıb.

“Unikal” xəbər verir ki, bu barədə Maui adasının hakimiyyət orqanının rəsmi saytında məlumat yarləşdirilib.

Ştatın qubernatoru Coş Qrin qeyd edib ki, Mauidə baş verən hadisə ABŞ-da bir əsrdən artıq müddətdə ən ölümcül meşə yanğını olub.

Daha əvvəl ölənlərin sayının 89 olduğu bildirilirdi. Son məlumatlara görə, 2,2 mindən çox bina dağılıb.

Qeyd edək ki, Havay arxipelaqının kiçik adalarından biri olan Mauidə meşə yanğını avqustun 9-da başlayıb. Güclü külək səbəbindən yanğın qısa zamanda turistik şəhər olan Lahaina keçib və şəhər tamamilə yanıb.

10:22

Havay adalarından birində Maui adasında baş verən yanğınlar nəticəsində ölənlərin sayı 89 nəfərə çatıb.

"Unikal" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Coş Qrin məlumat yayıb.

Məlumata görə, yanğın ABŞ-də bir əsrdən artıq müddətdə baş vermiş bütün yanğınlar arasında ən çox insan itkisinə səbəb olub.

Daha əvvəl 80-ə yaxın öldüyü bildirilirdi.

Havay arxipelaqının kiçik adalarından biri olan Maui adasında meşə yanğını avqustun 9-da başlayıb. Güclü külək səbəbindən yanğın qısa zamanda Lahaina şəhərinə də keçib. Nəticədə şəhər tamamilə yanıb.