Fransanın cənubundakı Alpes-Maritimes bölgəsində bir binada baş verən yanğında 3 nəfər ölüb, 21 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, səhər saatlarında Qras şəhərində 5 mərtəbəli binada yanğın baş verib.

Hadisə zamanı 3 nəfər həyatını itirib, 3-ü ağır olmaqla 21 nəfər yaralanıb.

Bölgəyə 50-yə yaxın xilasedicinin gələrək 17 maşınla müdaxilə etdiyi yanğın nəzarət altına alınıb.

Yanğının baş verdiyi bina və ətrafdakı tikililər ehtiyat tədbiri olaraq təxliyyə edilib.

Səbəbi hələ dəqiqləşdirilməyən yanğınla bağlı araşdırmalara başlanılıb.

Elzas bölgəsinin Kolmar şəhərində əlillərin və yoldaşlarının qaldığı yay iqamətgahında baş verən yanğında qapalı qalan 11 nəfər avqustun 9-da həyatını itirib.