Ekvadordakı həbsxanaya 4 min hüquq-mühafizə orqanı əməkdaşının keçirdiyi əməliyyatda silah və partlayıcı maddələr ələ keçirilib.

"Unikal" xəbər verir ki, Ekvadorda prezidentliyə namizəd Fernando Villavicencio silahlı hücumda həyatını itirdikdən sonra ölkənin ən böyük dəstəsi “Los Choneros”un liderinin saxlandığı həbsxanaya 4 min hüquq-mühafizə orqanı əməkdaşı basqın edib.

Ekvador prezidenti Guillermo Lasso keçmiş adı "Twitter" olan "X" sosial media platformasında açıqlama verərək, 4 min polis və əsgərin qatıldığı həbsxanaya edilən basqında silah, arsenal və partlayıcı maddələrin tapıldığını açıqlayıb. “Fito” kimi tanınan Adolfo Macias sui-qəsddən sonra orada qalırdı.Maciasın da yüksək təhlükəsizlik həbsxanasına köçürüldüyünü qeyd edən Lasso, "Biz bunu vətəndaşlarımızın və məhbuslarımızın təhlükəsizliyi üçün etdik" -deyə açıqlama vermişdi. Ekvador yenidən sülh və əmin-amanlıq əldə edəcək. Əgər zorakılıq aktları olarsa, bütün gücümüzlə buna qarşı çıxacağıq" -deyə o bilirmişdi.

Villavicencio-nun öldürülməsindən sonra daha əvvəl vitse-prezidentliyə namizədliyi irəli sürülmüş 36 yaşlı Andrea Qonzales Nader “Movimiento Construye Partiyası”nın yeni namizədi olub.

Siyasi karyerasında ətraf mühit məsələlərinə diqqət yetirən Naderin bu axşam namizədlər arasında keçiriləcək canlı yayıma qatılacağı gözlənilirdi.

Nader CNN-ə müsahibəsində sui-qəsdlə bağlı deyib: “Bu, bütün regionda və dünyada demokratiya üçün çox narahatedici an idi. Villavicencio-nun həyat yoldaşı Veronika Sarauz verdiyi açıqlamada ərinin ölümündə dövləti günahlandırıb.

"Dövlət Fernandonun təhlükəsizliyinə cavabdeh idi. Həyat yoldaşımın ölümünə birbaşa dövlət cavabdehdir. Onu lazımınca qoruya bilmədilər", - Sarauz deyib.