Suriyadan Türkiyəyə keçməyə cəhd edən PKK/PYD terror təşkilatının bir üzvü Şanlıurfanın Suruç rayonunda saxlanılıb.
"Unikal" yerli KİV-ə istinadən xəbər verir ki, terrorçunun Suriyadan Türkiyəyə keçməyə cəhd edəcəyinə dair kəşfiyyat məlumatından sonra təhlükəsizlik qüvvələri sərhəd xəttində tədbirləri gücləndirib.
Onlar terror təşkilatı PKK/PYD üzvü olduğu müəyyən edilən terrorçunu sərhəd xəttində yaxalayıb.
Terrorçu haqqında cinayət işi başlanılıb.