Ukrayna ordusuna qarşı cəbhədə hər gün ağır itkilər verən Rusiyanın yeni addımı Tacikistan vətəndaşı olan məhbusları cəbhəyə sürgün etmək olub.

"Unikal" xəbər verir ki, bu barədə Tacikistanın daxili işlər naziri  Ramazon Rahimzadə bildirib.

Tacikistanın daxili işlər naziri Ramazan Rəhimzoda 12 avqust 2023-cü il tarixində Tackistanın paytaxtı Düşənbədə keçirdiyi mətbuat konfransında 100-ə yaxın Tacikistan vətəndaşının Rusiya həbsxanalarından Ukraynadakı cəbhələrə göndərildiyini açıqlayıb. Rəhimzoda Rusiyanın bu məlumatı Tacikistana vermədiyini və bu məsələ ilə bağlı məlumat mübadiləsinin iki ölkə arasındakı müqavilələrdə yer almadığını qeyd edib.

Bu açıqlamadan sonra Tacikistanda ilk dəfə olaraq Rusiyada mühakimə olunaraq cəbhəyə göndərilən taciklərin sayı ilə bağlı məlumatları açıqlayıb. Rusiya həbsxanalarından Ukraynaya cəbhəyə göndərilən və sonradan dünyasını dəyişən 20-yə yaxın Tacikistan vətəndaşının şəxsiyyəti müəyyən edilib.