Çinin şimal-qərbindəki Şensi əyalətində baş verən sürüşmə nəticəsində azı 21 nəfər ölüb, 6 nəfər isə hələ də itkin düşüb.

"Unikal" xəbər verir ki, bu barədə Sinxua xəbər agentliyi məlumat yayıb .

Onun sözlərinə görə, hadisə cümə günü Sian şəhəri yaxınlığındakı Veyzipin kəndində baş verib. Güclü yağışlar nəticəsində yerindən çıxan qaya iki yaşayış binasını dağıdıb.

Daha əvvəl 2 nəfərin öldüyü, 16 nəfərin itkin düşdüyü bildirilirdi .

Yerli hakimiyyət orqanları 980-dən çox insanın çalışdığı axtarış-xilasetmə əməliyyatları təşkil edib. Eyni zamanda, təbii fəlakət zonasında rabitə və elektrik təchizatı bərpa edilir.