Moskvada üç ölkənin energetika nazirlərinin müavinlərinin iştirakı ilə İran, Azərbaycan və Rusiyanın enerji sistemlərinin birləşdirilməsinə dair üçtərəfli görüş keçirilib.
"Unikal" xəbər verir ki, İranın Rusiyadakı səfirliyindən verilən məlumata görə, İran nümayəndə heyətinin rəhbəri, energetika nazirinin müavini Homayun Haeri İran, Azərbaycan və Rusiyanın elektrik şəbəkələrinin birləşdirilməsi məqsədilə Moskvada keçirilən üçtərəfli görüşdə iştirak edib.
Üç ölkənin energetika nazirlərinin müavinlərinin iştirakı ilə keçirilən görüşdə layihələrin həyata keçirilməsinin texniki vasitələri müzakirə olunub.