Futbol üzrə İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini istefaya göndərilib.

"Unikal" xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yeni baş məşqçinin yaxın bir neçə gün ərzində təqdim olunacağı bildirilir.

Mançini 2018-ci ildən İtaliya millisinə rəhbərlik edir.

Onun rəhbərliyi altında komanda 2021-ci ildə Avropa çempionatının qalibi olub.

58 yaşlı mütəxəsis “Fiorentina”, “Latsio”, “İnter”, İngiltərənin “Mançester Siti”, Türkiyənin “Qalatasaray” və Sankt-Peterburqun “Zenit” klublarının baş məşqçisi olub.

Mançini futbolçu kimi İtaliyanın “Bolonya”, “Sampdoriya”, “Latsio” və İngiltərənin “Lester” klublarında çıxış edib.

İtaliya millisinin tərkibində 1990-cı il dünya çempionatının və 1988-ci il Avropa çempionatının bürünc mükafatçısı olub.