İran hakimiyyəti hicaba tələbləri yüngülləşdirib.
"Unikal" xəbər verir ki, yaşı 18-dən aşağı olan,hicabsız vətəndaşları saxlamayacaqlar.
"Bundan başqa, onlar polisə aparılmayacaqlar", - parlamentin spikeri Məhəmməd Bağır Qalibaf bildirib.
Bundan əvvəl İran hüquq-mühafizə qüvvələri komandanlığının rəsmi nümayəndəsi, general Səid Montazer əl-Mehdi qadınların hicablı olmasını təmin edəcək piyada və avtomobil patrullarına başlanılacağını açıqlamışdı.
Qanunu pozanları on gündən iki aya qədər həbs və ya cərimə gözləyir.