Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu “Instagram” səhifəsi 600 milyon insan tərəfindən izlənilən ilk şəxs olub.

"Unikal" xəbər verir ki, futbolçu hələ 2022-ci ilin noyabrında bu sosial şəbəkədə 500 milyon abunəçi həddini keçib.

Hazırda abunəçilərinin sayına görə ikinci yeri daha bir məşhur futbolçu - “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi tutur. Onun səhifəsinə 482 milyon istifadəçi abunə olub.