ABŞ İtaliyadan oğurlanmış əsərləri geri qaytardı. İtaliyaya qaytarılan qablar, rəsmlər və heykəllərin 3 min il əvvələ aid olduğu bildirilir.
"Unikal" xəbər verir ki, ABŞ İtaliyadan oğurlanmış və ötən əsrin 90-cı illərində ölkədəki muzeylərə və kolleksiyaçılara satılan 250-dən çox əl işi əntiq əşyanı geri qaytardı.
İtaliyaya qaytarılan qablar, rəsmlər və heykəllərin 3 min il əvvələ aid olduğu bildirilir.
Əsərlər arasında olan bəzi mozaikalar milyonlarla avro dəyərindədir. Bunlar 1990-cı illərdə İtaliyadan oğurlanaraq hərracçılar vasitəsilə ABŞ-dakı muzey və kolleksiyaçılara satılmışdı.
İtaliya Mədəniyyət Nazirliyindən verilən açıqlamada polisin Texasdakı muzeydə sərgilənən əsərlərin qeyri-qanuni yollarla əldə edildiyini öyrəndiyi, kolleksiyaçının isə antik əşyaları geri qaytardığı bildirilib.