İranın Şiraz şəhərindəki Şah Çərəx məscidində törədilən terror aktı nəticəsində azı 7 nəfər həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə İranın Fars əyalətində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qüvvələrinin komandiri Yadollah Bueli bildirib. Daha 10 nəfər yaralanıb. 

Bueli bildirib ki , məscidin təhlükəsizliyi bərpa edilib, hücum edənlərdən biri saxlanılıb .

Məlumata görə, hücum iki silahlı tərəfindən təşkil edilib. Onlardan biri artıq həbs edilib. İkincisi isə təhlükəsizlik qüvvələrinə müqavimət göstərməyə davam edir. Hazırda kompleks mühasirəyə alınıb.

Şah-Çərəx məqbərəsi Şiraz şəhərinin əsas görməli yerlərindən biridir. 14-cü əsrdə tikilmişdir. Məqbərə bundan əvvəl də terror aktına məruz qalıb. Bu, 2022-ci ilin oktyabrında baş verib. Həmin vaxt 13 nəfər həlak olub, 45 nəfər yaralanıb.

20:25

İranın cənub-qərbində Şah Çərəx məqbərəsində terror aktı baş verib.

"Unikal" xəbər verir ki, hücum İran İslam Respublikasının cənub-qərbində yerləşən Fars əyalətindəki Şah Çərəx məqbərəsində baş verib. Onun sözlərinə görə, terror aktı nəticəsində məqbərənin azı iki qulluqçusu həlak olub. İlkin məlumata görə 4 nəfərin öldüyü bildirilir. Öz növbəsində , Fars agentliyi iddia edir ki, silahlılar atəş açdıqdan qısa müddət sonra hücumçuları məhv edən təhlükəsizlik qüvvələri tərəfindən dəf edilib.