Hellenic Defense Systems şirkəti 155 mm-lik mərmi istehsalı proqramında iştirak etmək üçün sursat istehsalçıları ilə danışıqlar aparır.

"Unikal" xəbər verir ki, bu barədə “Katimerini” nəşri məlumat yayıb .

Bildirilir ki, şirkət Ukraynaya dəstək vermək və Avropadakı sursat ehtiyatlarını artırmaq məqsədi ilə qərar verib.

Ukrayna prezidenti Volodimir Zelenski bir müddət əvvəl Serhi Paşinskiyə müraciət  edərək , əvvəllər onu cinayətkar adlandırmasına baxmayaraq, Ukrayna Silahlı Qüvvələrinin döyüş sursatı və texnikası ilə təmin olunmasını xahiş edib.

Nəşrin məlumatına görə, Paşinski ilə əlaqəli şirkət Ukraynada ən böyük şəxsi silah tədarükçüsünə çevrilib. “O, trans-Avropa vasitəçilər şəbəkəsi vasitəsilə qumbaraatan, artilleriya mərmiləri və raketlər alır və satır. 2022-ci ildə Ukrayna Zirehli Texnologiyaları, müharibədən əvvəlki ildəki 2,8 milyon dollarla müqayisədə 350 milyon dollarlıq rekord satış olduğunu bildirdi.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov demişdi ki, Qərb ölkələri Ukrayna Silahlı Qüvvələrinə kaset tədarükünün göndərilməsinin nəticələrini dərk etmirlər.