Belarus-Rusiya sərnişin təyyarəsinin yaradılması və istehsalı hökumətlərarası koordinasiya mərhələsindədir.

"Unikal" xəbər verir ki, bu barədə STV kanalının efirində Baranoviçi "558-ci Aviasiya Təmiri Zavodu"nun baş mühəndisi Andrey Tuçin bildirib .

“Bu il məsələnin öyrənilməsinə başlanılıb, indi hökumətlərarası koordinasiya mərhələsindədir. Şirkətimiz rusiyalı tərəfdaşımızla bütün texniki aspektlər, əməkdaşlıq variantları üzərində işləyir”, - deyə Tuçin bildirib.

O qeyd edib ki, layihənin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul olunan kimi işlər daha da sürətlə gedəcək.