ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərində basketbol meydançasında açılan atəş nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.

“Unikal” xəbər verir ki, bu barədə ABC-nin yerli bürosu məlumat yayıb.

Bildirilib ki, kimliyi bəlli olmayan 5 nəfər basketbol meydançasında toplaşan gənclərə atəş açıb. Yaralananlardan 2-si olay yerində, digəri xəstəxanada keçinib.

Hadisəni törədənlərin axtarışına başlanıb.