Türkiyənin Artvin şəhərinin Arhavi rayonunda keçirilən festivalda səhnəyə çıxan Rəsul Dindar ilə Demet Akalın arasında gərginlik yaşanıb.
“Unikal” Türkiyə mediasına istinadən xəbər verir ki, proqrama görə saat 22.00-da səhnəyə çıxmalı olan Akalın konserti uzatan Dindara reaksiya verib.
Resul Dindar, Demet Akalının səhnəyə erkən gəlmək istədiyini iddia edərək, "Xanım ifamı tez bitirməyimi istədi, yoxsa gedəcəkmiş. Mən buranın övladıyam, Qara dəniz musiqisiyəm. Siz Məni tanımırsınız. Mənim saatım on birdir” deyib.
Nuranə Abbasova