Dünyaca məşhur ingilis müğənni Robbi Uilliams ilk dəfə türkiyədə konsert verəcək.

"Unikal" xəbər verir ki, tədbir avqustun 17-də Bodrumda planlaşdırılıb. Gecəyə biletlər 17 min 600 lirədən başlayır (1106 manat).

Robbi konsertdə sevilən mahnıları ilə yanaşı əfsanəvi musiqisi "Feel"i də səsləndirəcək.