Supermodel İrina Şeyk futbolçu Tom Bredə görə bəzi dostlarından imtina edib.
"Unikal" xəbər verir ki, bu barədə “PageSix” məlumat yayıb.
Bildirilir ki, yaşadığı eşqə görə İrina Şeyk dostluq dairəsini ciddi şəkildə məhdudlaşdırıb.
“İrina məlumat sızmasının qarşısını almaq üçün yaxın ətrafını daraltdı. O qorxur ki, bəzi qəribə söhbətlər onu qorxuda bilər. O, həqiqətən hər şeyin gizli qalmasını istəyir. Bredi tipik amerikalı yaxşı oğlandır”, - mənbə bildirib.
İlk dəfə 37 yaşlı İrina Şeyk və 45 yaşlı Tom Bredinin romantikası ilə bağlı şayiələr iyun ayında cütlüyün Sardiniya adasında milyarder Co Nahmad və model Madison Headrick-in toyunda tanış olduqdan sonra ortaya çıxıb.