Türkiyəli tanınmış qəssab Nusret Gökçenin həyatı film olacaq.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Disney Plus"ın Gökçe haqqında sənədli film çəkmək üçün hərəkətə keçdiyi iddia edilib. Layihəni amerikalı rejissor çəkəcək. Uşaqlıqdan işə başlayan və çırak olaraq başladığı sektorda öz restoranlarını açan Nusret Gökçenin layihədən çox həyəcanlandığı bildirilir. Filmdə məşhur adı hansı aktyorun canlandıracağı hələlik məlum deyil.