Dünyanın ən yüksək kloun mükafatı olan “Qrokun qızıl maskası”nın sahibi, geniş ictimaiyyət arasında kloun Andryuşa kimi tanınan Andrey Nikolayev vəfat edib.

“Unikal” xəbər verir ki, bu barədə Rusiya Dövlət Sirki məlumat yayıb.

Andrey Nikolayeviç Nikolaev 27 mart 1938-ci ildə anadan olub. 1958-ci ildə Dövlət Sirk və Estrada Sənəti Məktəbini, 1973-cü ildə isə Dövlət Teatr İncəsənəti İnstitutunun rejissorluq fakültəsini bitirib.

O, RSFSR xalq artisti adını alıb. O, Sovet İttifaqında “Qrokun qızıl maskası”na layiq görülən yeganə şəxs olub.

Nuranə Abbasova