İranda məşhur rejissor Səid Rustayi həbs edilib.
"Unikal" xəbər verir ki, bu barədə İran teleqram kanalları məlumat yayıb. Bildirilir ki, o, 6 ay azadlıqdan məhrub olunub. Buna səbəb isə rejissorun lentə aldığı "Leylanın qardaşları" filmi olub.
Ekran işi Kann Film Festivalında nümayiş etdirildiyi üçün Səid rejim əleyhinə təbliğat aparmaq da ittiham olunub. Hökm Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində çıxarılıb.