İtalyan opera müğənnisi Renata Skotto vəfat edib.
"Unikal" xəbər verir ki, ifaçı bu gün 89 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Renata 18 yaşında Violetta (La Traviata) obrazı ilə səhnədə debüt edib. O, 1957-ci ildə Edinburq festivalında "La Scala" truppası ilə Skotto La Sonnambula operasında opera divası Mariya Kallası əvəz edir. Bundan sonra o, dünya miqyasında tanınıb.
R.Skotto karyerasını 2002-ci ildə başa vurub. O, pedaqoji fəaliyyətlə məşğul olub, opera tamaşaları səhnələşdirib.