ABŞ-ın maliyyə naziri Canet Yellenin ötən ay Çinə səfəri zamanı çinli həmkarını salamlayarkən etdiyi hərəkətlər gündəm olub. 

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, Yellenin “see your hand blue” adlı, halüsinogen təsiri olan göbələk yeməyi yediyi və görüşdən əvvəl göbələyin təsiri altında olduğu iddia edilib. Bu səbəbdən o, diplomatiya baxımından qəbul edilməyən bədən dili hərəkətlərinə yol verib.  Yellen açıqlamasında şam yeməyindəki sifarişə özünün qərar vermədiyini deyib: 

"Orada ləzzətli göbələk yeməyi var idi. Bu göbələklərin halüsinogen xüsusiyyətlərindən xəbərim yox idi. Bunu sonradan öyrəndim".

Nuranə Abbasova