Hindistanın şimalında leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində azı 81 nəfər ölüb.

“Unikal” TASS-a istinadən xəbər verir ki, daha əvvəl 66 nəfərin öldüyü bildirilirdi. 

*** 10:05

Hindistanda torpaq sürüşməsi baş verib. 

"Unikal" xəbər verir ki, bu barədə "The Times of India" məlumat yayıb. 

Sürüşmə nəticəsində 60-dan çox insan həlak olub, fövqəladə hallar xidməti fəlakət bölgəsində işləyir. Yollar bağlanıb. Xilasedicilər sağ qalanları axtarır. İndiyədək onlarla insan itkin düşüb, minlərlə vətəndaş işıqsız və ya rabitəsiz qalıb.

Məlumata görə, sürüşməyə səbəb ölkənin şimalında yağan leysan yağışlar olub. 

Ağarza Elçinoğlu