Qərbi Afrikanın Kabo-Verde sahillərində miqrantları daşıyan qayıq aşkarlanıb.

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, bir Aydan çoxdur dənizdə olan qayıqda 60-dan çox miqrant ölüb. 

Sal adasında 38 nəfər, o cümlədən uşaqlar xilas edilib.

Onların Seneqal, Sierra Leone və Qvineya-Bisaudan olduğu güman edilir.

Nuranə Abbasova