"Fox News", "The Wall Street Journal" və "New York Post" kimi nəşrlərin sahibi olan 92 yaşlı Rupert Merdok şəxsi həyatı ilə yenidən gündəmə gəlib.

"Unikal" xəbər verir ki, ötən aylarda nişanlısından ayrılan Merdok yeni eşq münasibətinə başlayıb.  Belə ki,  "Media maqnatı" olaraq tanınan Merdok təqaüdçü bioloq olan 66 yaşlı Yelena Jukova ilə sevgilidir. 

Məlumata görə,  Merdok Jukova ilə keçmiş arvadlarından birinin ev sahibliyi etdiyi ailə toplantısında tanış olub. Bundan sonra cütlük Aralıq dənizində gəzinti zamanı yaxtada birlikdə görüntülənib.