Tərtərin işğaldan azad edilmiş Talış kəndində 30 ildən sonra körpə dünyaya gəlib.
"Unikal" "Azərtac"a istinadən xəbər verir ki, Camalovlar ailəsində doğulan uşağa Zəhra adı verilib. İki oğul övladından sonra dünyaya göz açan Zəhra ailəsinin və yaxınlarının sevincinə səbəb olub.
Qeyd edək ki, Talış kəndinə köç bu ilin mart ayında reallaşıb. Kənddə hazırda 20 ailə yaşayır.