Livan 20 saatdan artıqdır ki, tamamilə qaranlığa qərq olub.  

"Unikal" xarici KİV-ə istinadən xəbər verir  ki, iki istilik elektrik stansiyasının dayanması ilə əlaqədar bütün ölkə üzrə elektrik enerjisinin verilişi kəsilib. Buna baxmayaraq xəstəxanalar və kritik obyektlər dizel generatorları ilə işləyir. 

İşıqlandırmanın kəsilməsi səbəbindən su nasos stansiyaları və müxtəlif infrastruktur obyektləri sıradan çıxıb.

Gülayə Mecid