Amerikalı aktyor Bredli Kuper “The Hangover” filminin ona narkomaniyanın öhdəsindən gəlməyə kömək etdiyini bildirib.
“Unikal” xəbər verir ki, aktyor bu barədə “The Sun” nəşrinə müsahibəsində deyib.
2009-cu ildə filmin uğurundan sonra sənətçi xəstəliklə mübarizə aparmaq qərarına gəlib. “Potensialımı reallaşdıra bilməyəcəyimi başa düşdüm və bu məni qorxutdu. Mən çox itmişdim və narkomaniyaya aludə olmuşdum. “Hangover” karyeramı ciddi şəkildə dəyişdi”, - deyə Kuper bildirib.
Kuper əlavə edib ki, o, 2003-cü ildə daban vətərini kəsəndən sonra qeyri-qanuni maddələrə və spirtli içkilərə aludə olub və "Casus" filminin heyətindən qovulub. Aktyor həmin vaxt dərin depressiyada olduğunu da bildirib. O, məclislərin birində başqalarını əyləndirmək üçün qəsdən başını beton döşəməyə vurduğunu deyib.
“Xəstəxanada tikiş atılmasını gözləyərək gecəni buzun üstündə keçirdim. Hamının mənim haqqımda nə düşündüyü, necə hiss etdiyim, bu günü necə keçirəcəyim barədə çox narahat idim. Özümü həmişə kənarda qalmış kimi hiss edirdim və həyatımı məhv etdiyimi başa düşməyə başladım”, - deyə sənətçi etiraf edib.
Nuranə Abbasova