Türkiyənin Manisa şəhərinin Salihli rayonunda sərnişin avtobusu neft tankeri ilə toqquşub. 

"Unikal" xəbər verir ki, qəza nəticəsində 4-ü uşaq olmaqla 21 nəfər yaralanıb

Məlumata görə, sərnişin avtobusu işıqforda gözləyən tankerə çırpılıb. Xoşbəxtlikdən tankerdə təhlükəli maddə olmayıb. 

 Avtobus sürücüsü Hacı G. tutulub. Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Ağarza Elçinoğlu