Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxtda yollarda mövcud durum barədə məlumat açıqlayıb.

NİİM-dən "Unikal"a verilən məlumata görə, hal-hazırda yollarda

1. Ziya Bünyadov prospekti, hər iki istiqamətdə;

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;

4. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

5. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

6. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.