Türkiyəli aktrisa Bergüzar Korelin serialında dəyişiklik edilib.
"Unikal" xəbər verir ki, "Kanlı yayın" kimi təqdim olunan ekran işinin adı "Düğün" kimi dəyişdirilib. Bundan başqa layihənin heyətinə aktrisa Münibe Millet də qatılıb. O, "Aslı" obrazı ilə izləyicilərin qarşısına çıxacaq.
Qeyd edək ki, layihədə Korellə yanaşı Caner Cindoruk, Serka Altunorak, İbrahim Selim, Kaan Mirac Sezen də baş rolları paylaşır.