"Qarabağ" UEFA Avropa Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirib.
"Unikal" xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Finlandiyada HİK-in qonağı olub.
"Bolt Arena"dakı qarşılaşma "köhlən atlar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandanın qollarını 45+3-cü dəqiqədə penaltidən Toral Bayramov, 56-cı dəqiqədə Yassin Benzia vurub. Meydan sahiblərində Santeri Hostikka 11-ci dəqiqədə fərqlənib. Kevin Kuassivi-Benissan isə 17-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq Helsinki klubunu azlıqda qoyub.
İlk matçda da rəqibini eyni hesabla üstələyən "Qarabağ" UEFA Avropa Liqasının pley-offuna yüksəlib. Ağdamlılar bu raundda Sloveniya çempionu "Olimpiya" ilə üz-üzə gələcək.