İsveç polisi  Stokholmda müsəlmanların müqəddəs kitabı - Quranın yandırılması ilə yeni etiraz aksiyasının keçirilməsinə icazə verib.

"Unikal" xəbər verir ki, bu barədə yerli "Aftonbladet" qəzeti məlumat yayıb .

“Quranın yandırılması avqustun 18-i cümə gününə planlaşdırılıb”, - nəşr yazır.

Nəşrin məlumatına görə, polis İsveçin paytaxtında İran səfirliyi yaxınlığında etiraz aksiyası keçirmək barədə bəyanatla razılaşıb .

Bunu əvvəllər Stokholmda Quranın yandırılması ilə bir neçə yürüş keçirmiş iraqlı mühacir Salvan Najem təşkil edir.

İsveçin baş naziri Ulf Kristersson da öz növbəsində nümayişçilərə yürüşdə iştirak etməzdən əvvəl düşünməyi tövsiyə edib.

Bundan əvvəl İraqdan olan iki miqrant  Stokholmda parlament binası yaxınlığında aksiya keçirərək Quranın bir neçə səhifəsinin yandırılmasını təşkil etmişdi.

Bu il iyunun 28-də İsveçdə Quranın yandırılması ilə bağlı aksiya keçirilib və bu aksiya İslam dövlətlərinin etiraz və qınaq zəncirinə səbəb olub. Bunu yerli polisin icazəsi ilə İraqdan olan 37 yaşlı Salvan Momika adlı mühacir həyata keçirib.