İspaniyanın "Sevilya" futbol klubunun qapıçısı Yasin "Əl Hilal"a keçib. 

"Unikal" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanını təmsil edən klubun mətbuat xidməti məlumat yayıb. 

Mərakeş millisinin qapıçısı klubla 3 illik müqavilə imzalayıb.

"Əl Hilal" 32 yaşlı qolkiperin transferi üçün "Sevilya"ya 21 milyon avro ödəyəcək.

Qeyd edək ki, bu həftə Braziliya millisinin 31 yaşlı hücumçusu Neymar da "Əl Hilal"a keçib.

Ağarza Elçinoğlu