Türkiyənin tanınmış müğənnisi Gülden Karaböceyin sosial şəbəkədə yayılan görüntüləri gündəm olub.
“Unikal” xəbər verir ki, 70 yaşlı ifaçının kafelərin birində mahnı oxuması birmənalı qarşılanmayıb. Daha çox səs-küy gətirən isə müğənni Demet Akalının Karaböceyin yayılmış görüntüsünə “Bütün yeznə ilə qaçanların sonu belə ola, biz də izləyək” yazması olub. Belə ki, Akalın sənətçinin illər əvvəl bacısı Neşe Karaböceyin əri ilə qoşularaq qaçmasına eyham vurub.
Lakin izləyicilərin bəziləri Demet Akalını haqlı bilsələr də, bir qismi illər əvvəl baş vermiş hadisənin kobud şəkildə səsləndirilməsinə qəzəbləniblər. Məsələ ilə bağlı Gülden Karaböceyin qızı Nur Düzgit də danışıb. O, “Anamın kafedə oxumasını biz dərd eləmədik, amma Demet Akalının sözləri bizi çox incitdi. Onu aanm da, mən də sevirdik. Artıq Demetlə olan bütün şəkillərimi silirəm” deyib.
Nur, həmçinin, bildirib ki, anasının yayılan görüntüləri 4 il əvvələ aiddir:
“Görüntülər 4 il əvvələ aiddir. Nostalji bir kafedə imza günü idi. Anam səhnəyə çıxmamışdı, sadəcə bir mahnı ifa etmişdi”.
Nuranə Abbasova