Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Milli Referens Laboratoriyasının əməkdaşı Nuranə Hamlet qızı Mollayeva uzun sürən xəstəlikdən vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə qurumdan bildirilib.
Qeyd olunub ki, N. Mollayeva 1995-ci il martın 3-də anadan olub. O, Bakı Dövlət Universitetini bitirərək bioloq ixtisasına yiyələnib. Türkiyə Respublikasının Anadolu Universitetində biotexnologiya ixtisası üzrə magistr təhsili alıb.
2019-cu ildən AQTİ-də “Analitik Ekspertiza Mərkəzi” departamentinin Milli Referens Laboratoriyasının Bioloji müayinələr bölməsində böyük mikrobioloq vəzifəsində çalışmağa başlayıb.