Aktyor Dmitri İosifov illər sonra Buratino oluna görə aldığı qonorarı açıqlayıb.

“Unikal” Rusiya mediasına istinadən xəbər verir ki, Buratino roluna görə 1200 rubl aldığını etiraf edib.

İosifov qeyd edib ki, o zaman uşaqların ən yüksək maaşı ayda 100 rubl olub. O isə çəkiliş üçün 600 rubl, yayım üçün isə 600 rubl qonorar alıb.

"Buratinonun sərgüzəştləri" adlı iki hissəli musiqili film Leonid Neçayev tərəfindən 1975-ci ildə lentə alınıb. İosifov baş rolu oynayıb. O, film yayılandan sonra bir çox sinif yoldaşlarının ona nifrət etdiyini bildirib. 

Nuranə Abbasova