Azad olunmuş ərazilərdə aşkarlanan meyit qalıqlarının basdırılması üçün xüsusi yerlərin ayrılması məqsədilə Nazirlər Kabinetinə rəsmi şəkildə müraciət edilib.
"Unikal" xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov itkin düşmüş şəxslərlə bağlı brifinqdə deyib.
Onun sözlərinə görə, hazırda məsələyə baxılır.