İstanbul Polis İdarəsi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi əməliyyat keçirib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat zamanı "Heijan" ləqəbli Doğan Tarda, "BİG" kimi tanınan Samet Işık və "CAC" ləqəbli Şahan Terzioğlu saxlanılıb.
Polis sosial mediada və musiqi sənayesində mütəşəkkil cinayət təşkilatları adına rep mahnılarının hazırlandığını və bu mahnıların təşkilat üzvləri tərəfindən tez-tez paylaşılaraq təşkilatın simvoluna çevrildiyini, cinayət təşkilatına dəstək verdiklərini müəyyən edib. Kliplərində uzun lüləli silahlardan da istifadə edildiyi müəyyən olunduqdan sonra ifaçılara qarşı “cinayəti və cinayətkarı tərifləmək” səbəbi ilə əməliyyat təşkil olunub.
Əməliyyatda saxlanılan şübhəlilərin evlərində aparılan axtarışlar zamanı iki uzun lüləli silah ələ keçirilib.
Polis "Muti" kimi tanınan Mücahit Doğan haqqında da həbs qərarı verib.