1993-cü ildə itkin düşən Hüseynov Əli Heydər oğlunun nəşi 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə qazıntı işləri aparılarkən tapılıb.
“Unikal” xəbər verir ki, bu barədə H. Əlinin qardaşı oğlu, jurnalist və yazıçı Tağı Kərimli (Tağı Türk) sosial media hesabında məlumat yayıb.
O bildirib ki, əmisinin nəşi bir neçə gün öncə Xocavənd rayonunun Edilli kəndi ərazilsindəki kütləvi məzarlıqda tapılıb.