Slovakiya kəşfiyyatının rəhbəri Mixal Alaç cinayətkar qrup yaratmaq, vəzifə səlahiyyətlərindən sui-istifadə və ədalət mühakiməsinə mane olmaqda şübhəli bilinərək polis tərəfindən saxlanılıb.

 "Unikal" xəbər verir ki, bu barədə məlumatı onun vəkili təsdiqləyib. 

Məlumata görə, kəşfiyyat rəhbəri slovakiyalı iş adamlarından birinin rəhbərlik etdiyi cinayətkar qrupun üzvü ola bilər. Bu təşkilatın vəzifəsi cinayət araşdırmalarının gedişinə təsir göstərmək idi.

Slovakiya kəşfiyyatının rəhbərinə qarşı aparılan istintaq hərəkətlərinin təfərrüatları açıqlanmır.

Ağarza Elçinoğlu