İspaniyada təşkil olunmuş 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Melilya mərhələsində Azərbaycan təmsilçisi “Neftçi”nin yarımfinal oyunu baş tutub.

"Unikal" xəbər verir ki, ABŞ millisi ilə qarşılaşan “ağ-qaralar” qarşılaşmaya üstün başlayıb və yekunda rəqibi üzərində 17:14 hesablı qələbə qazanaraq yarımfinala yüksəliblər.

Finala vəsiqə uğrunda “Neftçi”nin rəqibi Çin millisi olacaq. Oyun bu gün Bakı vaxtı ilə saat 21:55 -də başlayacaq.