İngiltərə Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

"Unikal" xəbər verir ki, “Mançester Yunayted” səfərdə “Tottenhem”ə məğlub olub - 0:2.

Hesabı 49-cu dəqiqədə Papa Matar Sarr açıb. 83-cü dəqiqədə Ben Devis matçda son nöqtəni qoyub.
İki turdan sonra “Tottenhem” dörd xalla dördüncü, “Mançester Yunayted” üç xalla 10-cudur.