"Qalatasaray" heyətini yeni oyunçu ilə gücləndirib.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Çelsi"dən Hakim Ziyeşi heyətinə qatıb.

Müqaviləyə əsasən, mərakeşli yarımmüdafiəçi 3 mövsüm icarə əsasında "Qalatasaray"da çıxış edəcək. Türkiyə klubu bu keçid üçün London təmsilçisinə təzminat ödəməyib.

Qeyd edək ki, 30 yaşlı futbolçu 2020-ci ildən "Çelsi"də çıxış edir.