Batma təhlükəsi ilə üzləşən 13 nəfər xilas olunub.
Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunub ki, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan”, “Nardaran-2” sularda xilasetmə məntəqələrinin ərazisində, “Mərdəkan”, “Bilgəh”, “Nardaran-2”, “Zuğulba-3”, “Şirvan” sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) və “Aran” dalğıc-axtarış qrupundan kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 1-i uşaq olmaqla 13 nəfər xilas olunub.