Erməni əsilli realiti-şou ulduzu Kim Kardaşyan yeni saç düzümünə görə internet istifadəçiləri tərəfindən tənqid edilib.
"Unikal" xəbər verir ki, 42 yaşlı Kim Kardaşyan şəxsi bloqunda yeni imicini yayımlayıb.
Lakin istifadəçilər Kim Kardaşyanın yeni qısa saçlı dəyişikliyini yüksək qiymətləndirməyiblər. Realiti-şou ulduzu sosial şəbəkələrdə “Charlie and the Chocolate Factory” filmindən Willy Wonka və “Shrek” filmindən Lord Farquaad ilə müqayisə edilib.
İstifadəçilər "X" (Twitter) sosial şəbəkəsində: "Şokolad fabrikini təbrik edirəm, Kim", "Kim Lord Farkuada bənzəyir", "Kim şokolad fabrikini idarə etməyə başlayanda biz nə edəcəyik?", "Mən bunun Willy Wonka olduğunu düşündüm", - kimi şərhlər yazıb.