Danimarka səfirliyinin Türkiyədəki müvəqqəti işlər vəkili və Niderland səfirliyinin müşaviri bu gün Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıblar.

"Unikal" xəbər verir ki, bu barədə diplomatik mənbələrdən bildirilib.
Qeyd olunub ki, buna Türkiyənin Danimarka və Haaqadakı səfirlikləri önündə “Qurani-Kərim”in yandırılması səbəb olub. Diplomatlara Türkiyənin bu addımları ən sərt şəkildə qınadığı bildirilib.