Müğənni Kərim Abbasov həmkarı Səidə Sultanla bağlı "Instagram"da paylaşım edib. 

"Unikal" xəbər verir ki, müğənni həmkarının toyuna hazırlaşdıqlarını vurğulayıb:

"Axır ki, 3 aydan sonra Səidəni tapdım. İldırım sürəti ilə toya hazırlıq gedir. Əla və qeyri-adi toy olacaq. Bildiyiniz əsl Bakı toyu".

Qeyd edək ki, "shownews" səhifəsi toyun sentyabrın 19-da olacağını yazıb.